Lənkəran şəhərində aptekdə üzərinə şüşə düşərək ölən şəxsin kimliyi məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, bu, rayonun Şovu kənd sakini Habil Sabir oğlu Zahidovdur.

Belə ki, o aptekə dərman almaq üçün gəlib. Lakin lay şüşədən olan və üzərində heç bir işarəsi olmayan qapıya yaxınlaşıb, qapının açıq olduğunu zənn edərək içəri girmək istəyib. Bu zaman qapıda olan lay şüşə qırılıb və onun üstünə tökülüb. Nəticədə şüşə H.Zahidovun şah damarını kəsib və bədəninin müxtəlif nayihələrinə xəsarət yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdlırılan yaralı orada ölüb.

11:38

Lənkəranda ölüm hadisəsi baş verib.

Unikal.org rport-a istiadən xəbər verir ki, hələlik kimliyi məlum olmayan 40-45 yaşlarında kişi aptekə gəlib və burada qəfildən vitrin şüşələrinin üstünə yıxılıb. Bu zaman o, çoxsaylı kəsik xəsarətləri alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölənin şəxsiyyəti müəyyənləşdirilir, fakt üzrə araşdırmalar davam etdirilir.