Özünü iki uşağı ilə birlikdə qatarın altına ataraq intihar edən Pərvəna Mahmudova və uşaqlarının fotosu yayılıb.
Hadisə ötən gün baş verib.
Qeyd edək ki, Pərvanə İlqar qızı Mahmudova uşaqları - 3 yaşlı Sənan və 1 yaşlı Səma ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.
Mərhumun ailəsi ilə birgə ərinin bibisi Dursun Mahmudovaya məxsus evdə yaşadığı bildirilib. "Hadisədən əvvəl onun Dursun Mahmudova ilə mübahisə etdiyi deyilir. Hazırda şahidlər ifadə verir, buna görə də, əlavə məlumat verməkdən çəkinirik", - sakin deyib.