Hər bir xalqın ən müqəddəs simvolları sırasında onun dövlət bayrağı xüsusi yer tutur, çünki dövlət bayrağı müstəqilliyin, suverenliyin rəmzi sayılır. Dövlət daxilində fəaliyyət göstərən şirkətlərin müstəqilliyini, mövcuddluğunu isə onların logotipləri göstərir. Loqo, bir məhsul, xidmət və ya qurumu təmsil etmək məqsədilə istifadə edilən, bütöv bir quruluşa malik zahiri simvol və ya qrafiki işarələridir. Loqonun təməl ünsürləri olaraq rənglər və tipoqrafiya kreativ dizayn prosesində müəyyən edilir. Loqonun rəngləri və tipoqrafiyası müəyyən edilərkən markanın cinsi, mövqeləndirmə və rəqabət strategiyaları kimi strateji məlumatlar mütləq diqqət mərkəzində olmalıdır. Rəng, əyani şəkildə kimliyi müəyyən edən ən dominant atributdur. Ona görə də, xüsusilə də rəng seçimində rəqabət strategiyaları diqqətlə gözdən keçirilməlidir.



Unikal.org-a daxil olan məlumata görə, Azərbaycanının məşhur sığorta şirkətlərindən sayılan "Ata-Sığorta nədənsə özünün mövcudluğunu göstərən logotiplərində ciddi yanlışlıqlara yol verir. Paytaxt Bakı ilə yanaşı şirkətin bölgələrdəki filalların da "Ata-Sığorta"nın zahiri simvolu sayılan loqotiplərində ciddi rəng səhvləri var. Yuxarıda qeyd etdiyimiz ki, rəng, əyani şəkildə kimliyi müəyyən edən ən dominant atributdur. Nədənsə sözügedən şirkət bu atributa o qədərdə məhəl qoymur və əksinə logolarda oxşar, amma qeyri-rəsmi rənglərdən istifadə edir.

Əslində şirkətin reklam nizamnaməsinə görə, reklam logolarının rəngi belə olmalıdır.



Məsələ ilə bağlı Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinin sədri Hacıəmi Atakişiyev unikal.org-a açıqlama verib. O vurğulayıb ki, "Ata-Sığortanın mövcudluğunu göstərən logotiplərin rəngində fərqlilik etməsi qanunsuzdur və ciddi reklam səhvidir:

Image result for Hacıəmi Atakişiyev

"Ata-Sığorta öz logotipin rəng və yazı tərtibatına görə dövlət qeydiyyatdan keçirib.Qeydiyyatdan keçmiş bu logotipi başqa-başqa formada ictimayyətə təqdim etmək qeyri-qanunidir.
Digər tərəfdən hər bir müştəri şirkəti onun logotipini görə tanıyır. Əgər burada yanlış rəng olarsa müştəri çaş-baş qalacaq. Ona görə də bu qanunsuz bir addımdır.

Hacıəmi Atakişiyev bütün bu qanunsuzluqların qarşısını almaq Azərbaycanda yeni yaradılan Dövlət Reklam Agentliyinin tərkibində Bədii Tərtibat Reklam Şurasının formalaşmasından sonra mümkün ola biləcəyini deyib: "Şura artıq reklamın rəng, söz, qurluşuna və bir sözlə tərtibatına daha ciddi nəzarət edəcək və əks halda müəyyən cərmələrin formalaşması ilə öz işini görə biləcək.
FOTO FAKTLAR