Ləğvetmə prosesində olan "Bank Standard QSC-nin lisenziyası ləğv olunmazdan öncə bankın sağlamlaşdırılmasına dövlət büdcəsindən 115 mln. manat ayrılıb, amma bu pulun hara getdiyi məlum deyil.
Unikal.org xəbər verir ki, bunu bankın bu gün keçirilən Kreditorlar Komitəsinin iclasında qurumun sədri Əkrəm Həsənov deyib.
"Ötən ilin may ayında "Bank Standardın sağlamlaşdırılmasına başlandığı elan olunub və ilkin mərhələdə Banka 15 mln. manat verilib. Növbəti mərhələdə isə Bankın menecmenti 100 mln. manat alıb. Bu pullar fiziki və hüquqi şəxslərin borcunun ödənilməsinə, eləcə də dövlət büdcəsi qarşısındakı öhdəliklərin yerinə yetirilməsinə yönəldilməli idi. Amma "Bank Standardın ləğvetmə planında bununla bağlı ətraflı məlumat verilməyib. Həmin 115 mln. manatla kimlərin pulunun ödənildiyi, necə xərcləndiyi məlum deyil. Bu qədər pul ayrılmasına baxmayaraq, Bankın öhdəlikləri azalmayıb, olduğu kimi qalıb, - o qeyd edib.
OFİS LƏVAZİMATLARININ ƏN UCUZ SATILDIÄžI MAÄžAZALAR
Komitə sədri həmçinin bildirib ki, "Bank Standardın ləğv edilməsi ilə məşğul olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) bununla bağlı illik xərci 3 mln. manat nəzərdə tutulub:
"Bu pulun isə 70%-i işçilər üçün nəzərdə tutulub. Məncə, Fond nə qədər işçisi olması, onlara nə qədər maaş verilməsi ilə bağlı Komitəyə məlumat verməlidir. Çünki həmin pul "Bank Standardın əmlakından çıxır. Bəlkə ADIF-də əmək haqları həddindən çox yüksək məbləğdə müəyyən edilib? Özü də bu qurumun büdcəsini Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən edir. Palatanın isə rəhbər şəxslərinin fantastik məbləğdə maaş alması barədə söz-söhbt var. Məsələn, qurumun Direktorlar Şurasının sədrinin ayda 65 min maaş aldığı deyilir. Bəlkə ADIF-də də belədir? Bütün bu məsələlərə aydınlq gətirilməlidir.
İclas davam edir.