Ötən ilin birinci yarımili ilə müqayisədə istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilmiş insanların sayı isə 28 % artıb.
Unikal.org-un məlumatına görə, bu ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında deyilib.
İclasda həmçinin bildirilib ki, müxtəlif əsaslarla, o cümlədən cəzanın yüngüllüyü ilə bağlı hökmlərdən verilən protestlər də xeyli azalıb.