Tovuz rayonunda qadın intihara cəhd edib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş verib. Tovuz rayon sakini, Abbasova Anarə Əlixan qızı yaşadığı evdə hələki bilinməyən səbəbdən müxtəlif dərman preparatları içərək intihara cəhd edib. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
İntihara cəhd edən qadın 1992-ci il təvəllüdlüdür. Onun üç uşağı var.

Faktla bağlı araşdırma aparılır.