Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Unikal.org-un məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Qəbələ də növbəti matçına çıxıb.
Roman Qirqorçukun komandası səfərdə Yunanıstanın "Panatinaikos klubu ilə qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. Birinci hissədə penalti zərbəsini dəqiq yerinə yetirən yunanlar 1:0 hesablı qələbə qazanıblar.
Xatırladaq ki, "Qəbələ 2015/2016 mövsümündə Avroliqanın pley-off mərhələsində də bu komandaya rəqib olmuşdu. Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçə edən təmsilçimiz Afinadakı görüşdə Dodonun qolları sayəsində 2:2 hesablı nəticə ilə qrup mərhələsinə vəsiqə qazanmışdı.