Bakıda gənc oğlanı avtomobil vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Azadlıq prospektində yolu keçmək istəyən 22 yaşlı Kamran Abdullayevi minik avtomobili vurub. O, ağır kəllə-beyin travması alıb.

Xəsarət alan K.Abdullayev xəstəxanaya yerləşdirib. Həkimlər onun vəziyyətini olduqca ağır olduğunu bildirir.

Faktla Binəqədi Rayon Polis İdarəsində araşdırılır.