Özünü körpüdən yerə atan qızın intihara cəhd etməsinin səbəbi məlum olub.
Unikal.org Report.az-a istinadən bildirir ki, ötən gün Bakı-Sumqayıt şossesində Masazır qəsəbəsində özünü körpüdən yerə atan 1996-ci il təvəllüdlü Həşimova Ləman İlqar qızı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər onun qapalı kəllə-beyin travması aldığını bildirib. O, xəstəxanada ilkin ifadəsində bildirib ki, bir neçə ay bundan öncə nişanlanıb. Nişanlısı ilə görüşmək üçün Bakıya gəlib. O intihara cəhd etməyinin səbəbini mənəvi cəhətdən pak qalmaq istəyi ilə izah edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanılıb.