Zaqatala rayonunda intihar hadisəsi baş verib.

Unikal.og apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 06 radələrində rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Bayram Ramazan oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə aşkar edilib.
B. Ramazanovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.