Bakı şəhərində ağac qətliamı davam edir.

Unikal.org ökə.az-a istinadən xəbər verir ki, bu dəfə isə 8-ci mikrorayonda ağacların kütləvi şəkildə kəsilməsi məsələsi gündəmə gəlib.

Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küç. 91saylı binanın sakinləri sözügedən ərazidə ağacların vəhşicəsinə məhv edilməsi ilə bağlı ölkə Prezidentinə müraciət ediblər.

Müraciətdə sakinlər ağacların kütləvi şəkildə kəsilməsinin qarşısını almaq üçün müvafiq addımlar atmağını xahiş ediblər.

Sakinlər Hüseynov Mehdi Mikayıl oğlu və Əkbərov Xıdır Səfər oğlu tərəfindən göndərilən müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli media nümayəndələri ümid yerimiz sizə qalıb. Sizdən xahişimiz budur ki, bizim dərdimizə bir çarə qılasız və bizim məhəlləmizin problemini işıqlandırasınız. Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küç. 91saylı binanın arxa tərəfindəki məhəlləmizin yaşıllıq zonası məhv edilərək yerində obyekt tikintisi üçün bağlanıb. Müvafiq qurumlara qonşularla etdiyimiz müraciətlərimizə baxmayaraq hələ də heç bir cavabdeh qurum heç bir tədbir görməyib! Qonşular adından sizdən xahiş edirik ki, məhəlləmizin bu problemini işıqlandırıb obyekt tikintisinə havdarlıq edən məmurlarla mübarizədə bizə kömək edəsiniz.Prezident Aparatı, Cənab Prezident, Birinci vitse-prezident Mehriban xanım, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, Təbii Sərvətlər və Ekologiya Nazirliyi Heydər Əliyev Fondu və "İDEYA İctimai Birliyinin rəhbəri Leyla xanımdan tikintiyə və ağacların məhv edilməsinə icazə verən müvafiq icra hakimiyyəti orqanlarına yaşıllıq zonasının məhv edilməsinin dayandırılması barədə göstəriş verilməsini xahiş edirik. Qonşuların şikayət ərizələrinin nüsxəsini, qonşuların etiraz imzalarını və həmin ünvandan yaşıllıq zonanın məhv edilməsi və hasarlanmasını göstərə şəkilləri göndərirəm. Köməkliyinizə görə qonşular adından sizə dərin təşəkkürümüzü bildiririk!.