Bu gün Tavuş vilayətinin Noyamberyan sərhəd məntəqəsinin müdafiə mövqelərinin birində odlu silahdan ölümcül güllə yarası alan erməni əsgərin meyiti tapılıb.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, ölən hərbçi müqavilə əsasında xidmət aparan Arkadi Levon Qambaryandır.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan faktı təsdiq edib.
Hadisə ilə bağlı araşdırma aparılır.