Bakının Yasamal, Səbail rayonlarında və Nəsimi rayonun bir hissəsində bu gün səhər tezdən qazın verilməsi dayandırılıb.

Unikal.org xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev virtualaz.org-a bildirib ki, paytaxtın bu rayonlarının qaz təchizatının dayandırılması 700-millimetrlik magistral qaz kəmərinin yenidən qurulması ilə bağlıdır. O, qeyd edib ki, təmirçilər bütün işləri axşama qədər qurtaracaqlarına və qazın verilməsinin bərpa ediləcəyinə söz veriblər.

Bütün hallarda başa düşmək olmur: niyə qazı bakılıların mənzillərinə çatdıran boru kəmərlərində təmir işləri, bir qayda olaraq, məhz istirahət günləri aparılır?