Xəzər rayonunda ərzaq mağazasında yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisinə yığılan ərzaqlar yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 50 m2 sahədə əriyib. Bitişik mağazalar yanğından mühafizə olunub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.