Masallı rayonundan Lənkəran rayonuna istirahətə gələn üç gənc zəhərlənib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhərindəki Nərimanabad qəsəbəsində qeydə alınıb.

Onlar qida zəhərlənməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, zəhərlənən şəxslərin birinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Hazırda onların müalicəsi Lənkəran RMX-nin İnfeksion xəstəliklər şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.