Lənkəran şəhərində 3 nəfər kolbasadan zəhərlənib.
Unikal.org apa-ya istinadən məlumatına görə, Masallı rayon sakinləri Fərid, Samid, Elşən adlı şəxslər Lənkəranda mağazadan aldıqları kolbasanı yedikdən sonra özlərini pis hiss ediblər. Halı pisləşən üç nəfər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Onlara ilkin tibbi yardım göstərilib, hər üçü reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağırdır.