Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib.

Unikal.org FHN-nin saytına istinadən verdiyi məlumatına görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti paytaxtın Sabunçu rayonu ərazisində bir, Sumqayıtda isə iki nəfəri sudan çıxarıb. 

Sumqayıtda dənizdə itkin düşən daha bir nəfərin axtarışı davam etdirilir.