Xəzər dənizinin Abşeron rayonuna aid olan hissəsində batmış şəxsin meyitini tapılıb.
Unikal.org FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Novxanı kəndində dənizdə batmış 21 yaşlı Ülvi Pənah oğlu Əhmədovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.