Lənkəran rayonunun Liman şəhərində yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Qumbaşı kənd sakini Nəcəfov Yaşar Əliyar oğlunun idarə etdiyi "VAZ-21015" markalı minik avtomaşınının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıların kimliyi dəqiqləşdirilir.