Rusiyanın müdafiə naziri Sergey Şoyqu Beynəlxalq Hərb Oyunları-2017 çərçivəsində "Səhra mətbəxi" müsabiqəsi ərəfəsində hazırlanmış 6 ölkədən olan hərbi aşbazların yeməklərini dadıb.

Unikal.org "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın müdafiə nazirliyindən bildiriblər.

Məlumatda deyilir ki: 

"Rusiyanın, Azərbaycanın, Belarusun,Serbiyanın, Monqolustanın və İsrailin hərbi aşpazları qonaqlar və iştirakçılar üçün iştirakçı ölkələrin milli mətbəxlərinə aid 150-dən artıq xörək hazırlayıblar. 

Xüsusilə, nazir azərbaycanlıların ət yeməklərini və şirniyatlarını, rusların balıq yeməklərini və un məmulatlarından hazırlanan təamlarını, monqol aşpazların isə çayını dadıb".