Taliban terror təşkilatının üzvləri Əfqanıstanda partlayış törədiblər.
Unikal.org xəbər verir ki, terrorçular Kandaqar əyalətində bəndi partladıblar. Nəticədə minlərlə akr kənd təsərrüfatı torpaqları susuz qalıb. Taliban üzvləri hadisəni şərh etməyiblər.
Qeyd edək ki, daha əvvəl Kandaqar əyalətində Taliban üzvlərinin hərbi düşərgəyə hücum etməsi nəticəsində 26 hərbçi həlak olmuşdu.