Cəmi 2 gün sonra texniki baxışdan keçməyən xarici markaları minik avtomobillərin sürücüləri cərimə olunacaqlar.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, avqustun 1-dən etibarən yol polisi bu cür sürücülərə qarşı reydlərə başlayacaq.
Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, sabah bazar günü olmasına baxmayaraq, ölkə üzrə bütün texniki müayinə mərkəzlərində iş günüdür və sürücülər avtomobillərini müayinədən keçirə bilərlər.
İdarə rəsmisi Kamran Əliyevin sözlərinə görə, texniki baxışa təqdim edilən avtomobilin ödənməmiş cəriməsi varsa və buna görə avtomobilin saxlanılmasına dair qərar çıxarılıbsa, həmin avtomobil duracağa qoyulur, cərimələr ödənildikdən sonra müayinədən keçirilir. İstehsal ilinə görə avtomobilini nə zaman qeydiyyatdan keçirməli olduğunu bilməyən sürücülər isə bir nüansa diqqət etməlidirlər.
Avqust ayının 1-dən etibarən isə yük avtomobilləri və avtobusların texniki baxışı həyata keçiriləcək. Bu müddət isə 31 oktyabr tarixində yekunlaşacaq.