İraqın Baş naziri Heydər Abadi Təlafər şəhərinin İŞİD-dən təmizlənməsi əməliyyatlarında İranın dəstəklədiyi Həşdi Şabi təşkilatının da iştirak edəcəyini bildirib.
Unikal.org xəbər verir ki, Abadi bu barədə paytaxt Bağdadda təşkil onunan tədbirdə danışıb.
"Təlafərin azad olunması üçün əməliyyat planlaşdırmışıq. Bu əməliyyata təhlükəsizlik qüvvələri Həşdi Şabi və Həşdi Aşair qüvvələri də iştirak edəcək,- baş nazir bildirib.
Qeyd edək ki, Təlafər şəhəri 16 iyun 2014-cü ildən bu vaxta qədər İŞİD-in nəzarəti altındadır.
Təlafər türkman şəhəridir. Buradakı türkmanların 25%-i şiə, 75%-i isə sünnidir.