Tillersonun açıqlamasına baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalar ölkəni iqtisadi və siyasi baxımdan təcrid etməyə yönəlmiş addımdır.
Unikal.org xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç bildirib.
Klintseviş ABŞ-ın sanksiyalar tətbiq etməkdə məqsədini Rusiyanın çox yaxşı başa düşdüyünü bildirib: "Rusiya ilə münasibətləri düzəltmək üçün mümkün olan yollardan ən pisi seçilir. ABŞ dövlət katibi tərcüməçi rolunu oynadı, lakin bu rolda çox uğurlu olmur".
Qeyd edək ki, bir müddət öncə ABŞ Dövlət katibi açıqlamasında yeni sanksiyaların tətbiq edilməsində məqsədin Rusiya ilə münasibətləri bərpa etmək olduğunu bildirib.