Tunisdə ilk dəfə qadınların xeyrinə qanun layihəsi qəbul edilib.
Unikal.org xəbər verir ki, qəbul edilən qanuna görə, qadınlara qarşı hər cür fiziki və cinsi şiddət tətbiq edən şəxslər cəzalandırılacaq.
Qanun layihəsinin 2018-ci ildə qüvvəyə minməsi nəzərdə tutulur.
Qeyd edək ki, İnsan Haqları Təşkilatlarının hesabatlarına görə, tunisli qadınların 47%-i yaxınları tərəfindən şiddətə məruz qalır.