Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 m2 olan ikimərtəbəli restoranın 1-ci mərtəbəsinin girişində asma tavanın altından keçən elektrik kabeli 8 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, restoran yanğından mühafizə olunub.
Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.