"Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30, aprel tarixli 105 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Baş naziri Artur RASI-ZADƏ əmr imzalayıb.
Unikal.org xəbər verir ki, sənədə əsasən"Azərbaycan Hava Yolları Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, â„– 4, maddə 324, â„– 10, maddə 929, â„– 12, maddə 1117; 2013, â„– 6, maddə 765, â„– 8, maddə 1019; 2014, â„– 2, maddə 218; 2016, â„– 3, maddə 578, â„– 12, maddə 2235; 2017, â„– 3, maddə 481) ilə təsdiq edilmiş "Azərbaycan Hava Yolları Qapalı
Səhmdar Cəmiyyətinin Strukturunun "II. "Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumlar bölməsinin 1-ci hissəsi ləğv edilsin.
2. "Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn
məsələləri həll etsin.
Qeyd edək ki, Azərbaycan Hava Yolları şirkətinin sədri Cahangir Əsgərovdur.