Azərbaycan Respublikasının Baş naziri Artur RASI-ZADƏ kreditlərlə bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

"Məlumatların "Elektron hökumət portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydasının təsdiq edilməsi haqqında "Kredit büroları haqqında Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Kredit tarixçələrini təşkil edən neqativ məlumatların "Elektron hökumət portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası təsdiq edilsin (əlavə olunur)".