Türkiyədə baş verən yol nəqliyyat hadisəsi nəticəsində 1 Azərbaycanlı ölüb, 2-si isə yaralanıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasın dəyişən Səyid Mehdiyevdir.

Hadisə isə dünən axşam radələrində Türkiyənin Trabzon vilayənin Of rayonunda baş verib.

Belə ki, rayonun Düzənlikcik Məhəlləsində sürücü Xıdır Çiçək adlı şəxs idarə etdiyi 61 K 2077 nömrəli çayla dolu yük avtomobilini geri verərkən aşırıb. Nəticədə avtomobildə olan Azərbaycan əsilli Səid Mehdiyev hadisə yerində həyatını itirib.

Sürücü daxil olmaqla, maşında olan şəxsiyyətləri hələ təyin olmayan Azərbaycan əsilli 2 nəfər yaralanıb.

Çiçək Of Dövlət Xəstəxanasına, digər yaralılar isə Trabzondakı xəstəxanalara aparılıb.