Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda boş ərazidə quru ot və məişət tullantılarının yanması haqqında məlumat daxil olub.
Unikal.org FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin DYMX-nin yanğınsöndürmə bölmələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.