Əlcəzairin sabiq baş naziri Reda Malik 86 yaşında dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə APS milli informasiya agentliyi məlumat yayıb.
Malik bazar günü Əlcəzairdə Əl-Alia qəbiristanlığında dəfn olunacaq.
Siyasətçi 1957-1962-ci illərdə ölkənin Milli Azadlıq Cəbhəsi rəsmi qəzetinə rəhbərlik edib. Daha sonra Fransa ilə Evian sazişlərinin imzalanmasına nail olan nümayəndə heyətinə daxil olub. Sənədlər Əlcəzair müharibəsinə son qoydu və ölkənin müstəqilliyini təmin etdi.
Malik karyerası ərzində, həmçinin SSRİ-nin ABŞ-dakı səfiri olub və 1993-1994-cü illərdə Əlcəzair hökumətinə rəhbərlik edib.