Amerikada yaşayan ANS-in keçmiş aparıcı Aynur Talıbova qəzaya düşüb.

Unikal.org xəbər verir ki, bu barədə Talıbovanın özü sosial şəbəkədə məlumat verib.

"Mərdimazarı axtarmaqla deyil, özü gəlib bir şəkildə tapır səni. Saatda 30 kilometr sürətlə hərəkət edərkən arxadan 120 kilometr sürətlə "uçan nəşəli bir qarabala bu paylaşımı görən, eşidən nə qədər sayda "qələm sahibini xoşbəxt elədiyinin fərqində deyil...Buyurun, sevinin, "Əcəb oldu, deyin.

Qeyd edək ki, bir neçə gün öncə A. Talıbova ilə Ləman Ələşrəfqızı sosial şəbəkədə bir-birinin ünvanına təhqiramiz ifadələr işlədib.