Bakıda daha bir nəfər dənizdə batıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Əzizov Cavid Əziz oğlu Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki çimərlikdə suda batıb.

Qeyd edək ki, Cavid Əzizov tanınmış teleaparıcı, İTV-nin əməkdaşı, Dövlət Bayraq Meydanının keçmiş mətbuat katibi Hüseyn Azərinin qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.