"Beynəlxalq Ordu Oyunları - 2017 çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında "Artilleriya atəşinin ustaları və "Snayper həddi müsabiqələrinin təntənəli açılış mərasimi keçirilib.

Bu barədə unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Qeyd edək ki, Azərbaycan hərbçilərinin də iştirak etdiyi hər iki müsabiqə avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.