Əmlak Məsələləri Dövlət Komitəsi avqust ayında avtomobillərin növbəti hərracını keçirəcək.
Unikal.org baku.ws-yə istinadən xəbər verir ki, dövlət komitəsi avqustun 14-də baş tutacaq hərraca 13 ədəd nəqliyyat vasitəsi çıxarılacaq.
Həmin avtomobillər artıq bir neçə dəfə hərraca çıxarılıb. Bu dəfə isə təkrar hərrac keçirilir. Hər bir avtomobilə 10-50 faizə arası endirim tətbiq edilir.
Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
Həmin nəqliyyat vasitələrinin siyahısını təqdim edirik: