Bazar günü Goradil çimərliyində dənizdə batan iki gənc oğlanın meyiti tapılıb.

Unikal.org Lent.az-a istinadən  xəbər verir ki, suda boğularaq ölən 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlunun meyiti Novxanı çimərliyində aşkarlanıb.

Qeyd edək ki, vəfat edən gənclrin hər ikisi Cəlilabad darayon sakinidir və çimərliyə birgə gediblər.