Avqustun 1-dək Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna daxil olan vəsait açıqlanıb.
Unikal.org-un xəbərinə görə, bu il avqustun 1-dək Fonda 84.044.509,72 AZN, 212.873,88 ABŞ dolları, 8036,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilib.