Masallı rayonunda yaşayış evində yanğın baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bədəlan kəndində qeydə alınıb.

Kənd sakini İdvan Hidayət oğlu Əhmədova məxsus yaşayış evində anidən yanğın baş verib. Dərhal hadisə yerinə Masallı Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomaşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Yanğının baş vermə səbəbi məlum deyil.