Kürdəmirdə yanğın hadisəsi baş verib.

Unikal.org FHN-in saytına istinadən verdiyi məlumata görə, Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin 2 otağının və aynabəndinin yanar konstruksiyaları 87 m2 sahədə yanıb.

Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.