Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən bildirir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirdiyindən avtomobil yaxınlıqdakı arxa düşüb. Hadisə nəticəsində sürücü ağır, onun iki sərnişini isə yüngül xəsarət alıblar.
Avtomobildəki yaralılar hadisə yerində olan şahidlər tərəfindən sudan çıxarılıblar. Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.