Türkiyənin elektrik idxalının həcmində azalma qeydə alınıb.
Unikal.org bildirir ki, ölkənin elektrik idxalı ilin ilk yarısında ötən ilin eyni dövrünə nisbətdə yüzdə 51 azalaraq 43 milyon 471 min 96 dollara düşüb.
2016-cı ilin yanvar-iyun dövründə Yunanıstan, Bolqarıstan, Azərbaycan və Gürcüstandan ümumilikdə 1 milyard 883 milyon 742 min kilovatsaat elektrik alınıb.
Qeyd edək ki, Azərbaycandan alınan elektrikin miqdarı 406 milyon 466 min kilovatsaat təşkil edib. Türkiyə bunun müqabilində Azərbaycana 10 milyon 153 min 581 dolar ödəyib.