Azərbaycan Tibb Universitetində prorektor işdən çıxarılıb.
Unikal.org-a daxil olan məlumata görə universitetin İnzibati - təsərrüfat işləri üzrə prorektoru Aydın Vəliyev tutduğu vəzifədən azad edilib.
O, Unikal.org-a açıqlamsında bildirib ki, işdən öz ərizəsi əsasında gedib.
Qeyd edək ki, A.Vəliyevin yerinə Tağı Əhmədzadə təyin edilib.