Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın oğlu İslam Kərimov hökuməti təhdid edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o hökumət üzvlərinin maliyyə vəziyyəti barədə sənədləri açıqlamaq niyyətində olduğunu bildirib.
Onun sözlərinə, mərhum prezidentin qızına irəli sürülən ittihamlar aradan qaldırılmasa, nazirlərin və güc strukturlarındakı rəsmilərin maliyyə sənədləri ictimaiyyətə açıqlanacaq.
İslam Kərimov qeyd edib ki, vergidən yayınma və maliyyə fırıldaqlarında ittiham edilən anasının vurduğu ziyan hökumətin iddia etdiyindən dəfələrlə azdır. O, həmçinin bu ittihamlar barədə heç bir dəlilin təqdim olunmadığını da vurğulayıb.