"Moskva Ankara üçün dost olaraq qalır, lakin siyasətçilərlə problemlər var".
Unikal.org apa-ya istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırarkən deyib.
"Biz Türkiyəni dost ölkə, türkləri isə dost xalq hesab edirik. Lakin bizim bəzi liderlərlə problemlərimiz var. Onların hərəkətləri heç də həmişə adekvat olmur", - deyə o vurğulayıb.
Putin həmçinin Rusiyanın düşmən həlqəsinə düşmə ehtimalını tam istisna edib: "Bizim dünya ölkələrinin əksəriyyəti ilə yaxşı münasibətlərimiz var".
"Poroşenko və Ərdoğan suda boğulsalar, kimi birinci xilas edərdiniz" sualına isə Rusiya prezidenti belə cavab verib: "Əgər kimsə batmaq qərarına gəlibsə, onu xilas etmək artıq mümkünsüzdür. Lakin biz istənilən şəxsə yardım əlini uzatmağa hazırıq, təbii ki, onun özü bunu istəsə..."