Lənkəranda beş nəfərin yaralandığı ağır yol qəzası baş verib. Hadisə Lənkəranın dağlıq ərazisi olan Osaküçə-Günehir yolunda baş verib. "Lada priora" markalı minik avtomobili dərəyə aşıb. Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparırlıblar. Onların üçünün vəziyyəti ağır, ikisinin isə orta ağırdır.
Ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, qəzaya uğrayan avtomobilin sürücüsü və sərnişinləri Masallı Rayon Polis İdarəsinin əməkdaşları olublar. Qəza baş verərkən avtomobildə 6 nəfər olub. Onlardan 4 nəfəri ağır xəsarət alsa da, ikisinin vəziyyəti normaldır.
Qəza zamanı xəsarət almış şəxslərin adları:
Məmmədli Vüsal Rüstəm oğlu (1984)
Rzayev Əlizamin Fəraqət oğlu (1986)
Məmmədov Elşad Mehdi oğlu (1983)
Niftiyev Fərrrux Minəxan oğlu (1988)