Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan 1987-ci il təvəlüdlü gizir Rusif Ağayevin ölmədən öncə həyat yoldaşına göndərdiyi SMS ürək dağlayır.

Həyat yoldaşına uşaqlarını əmanət edən R.Ağayev cəbhədə qəhrəmanlıqla şəhid olacağı sanki ürəyinə dammışdı.
 
Unikal.org sözügedən SMS-i təqdim edirik:

"Narahat olma, sağam. Hər şeyə hazır olun, şər deməsən xeyir gəlməz. Məhruxə, nəsə olsa, ataya deyərsən. Uşaqlara necə baxmışamsa, elə də baxsın. Ataya əmanət olun".