Bakıda məktəbdən 24 ədəd kompüter prosessorunun plataları oğurlanıb.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da rayon ərazisindəki orta məktəblərdən birində 24 ədəd kompüter prosessorunun platalarını sökərək oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakini olan bir yeniyetmə tutulub. Daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırmalar davam etdirilir.