Bu gün Bakıda vətəndaş ictimai nəqliyyata qoyunla minib.
Unikal.org pressclub.az-a istinadən bildirir ki, bu haqda Bakı sakinlərindən biri məlumat verib: "Bu gün bir vətəndaş 128 nömrəli avtobusa qoyunla daxil oldu. Yol boyu qoyun yeri batırdı və avtobusu iyi basmışdı. Digər sərnişinlər etirazını bildirdilər ki, a kişi, bu nədi? O da cavab verib ki, qoyundu da, burada nə var ki?!
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, heyvanla paytaxtın ictimai nəqliyyatına minmək olmaz: "Siz hansısa xarici ölkədə qoyunla avtobusa, metroya minən görmüsünüz? Bu, ola bilməz. Ümumiyyətlə, heyvanı daşımaq üçün xüsusi nəqliyyat vasitələri var. Bu, bir az mədəniyyət məsələsidir. İndi o adamı cəzalandırmaq da olmur. Gülməli bir haldır. Marşruta qoyun mindirmək biabırçılıqdır. Sürücü hara baxırmış? Sürücü buna niyə icazə verib, onu anlaya bilmədim.