İsti yay günlərində sərinləmək üçün daha çox energetik içkilərdən istifadə edirik. Lakin susuzluğu yatıran bu içkiyə 5-10 dəqiqə sonra orqanizmdə yenidən tələbat yaranır. Bu içkidən çox istifadə isə insanın ölümünə belə gətirib çıxara bilər.

Unikal.org xəbər verir ki, ARB TV energetik içkilərin zərərləri ilə bağlı reportaj hazırlayıb.

Havaların isti keçdiyi bu günlərdə bir çoxunun əlində bu içkidən görmək olar. Gənclərin əksəriyyəti isə bu içkilərin fəsadları haqqında düşünmək belə istəmrilər.

Energetik içkilərin bir çoxunun üzərində "18 yaşına çatmamış uşaqlara, hamilə qadınlara, ürək-damar xəstəliyindən əziyyət çəkən şəxslərə tövsiyyə olunmur" yazısı olsa da, buna əməl edənlər çox azdır. Həkimlər xəbərdarlıq edir ki, bu içkilərin əksəriyyəti insanlarda asılılıq yaradır.

Qiyməti 90 qəpiklə, 15 manat arasında dəyişən energetik içkilərin tərkibində olan qlikoza və kofeyn gənc orqanizmə olduqca ziyandır. Bəzi ölkələrdə hətta energetik içkilərin satışına qadağa da qoyulub.