İyulun 1-dən avqustun 1-dək ölkə üzrə 61 nəfər günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edib.
Unikal.org azvision.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
Nazirlik rəsmisi bildirib ki, müraciət edənlərdən 20 nəfəri xəstəxanaya yerləşdirilib.
"Ölüm faktı yoxdur. Xəstəxanaya aparılanlar isə həmin gün müayinə olunaraq evə buraxılıblar".